Avtomobil Yağını Necə Seçək?
Avtomobil yağının seçilməsi avtomobilə texniki qulluqda mühüm addımdır. Düzgün seçilmiş yağ mühərrikin etibarlı işləməsini təmin edir və onun xidmət müddətini uzadır.
Avtomobil yağlarının 3 növü mövcuddur:
-Mineral yağlar
-Yarı Sintetik yağlar
-Tam Sintetik yağlar
Müasir avtomobillərin əksəriyyətində Sintetik yağlar istifadə olunur.
1.Mineral yağlar: Neftin emalı yolu ilə istehsal olunur. Tərkibinə görə daha əlverişlidir. Lakin, məhdud xüsusiyyətlərə malikdir.
Xüsusiyyətlər: aşınmaya qarşı, antioksidant, dispersant və s.
2.Yarı sintetik yağlar:Mineral və sintetik yağların xüsusiyyətlərini birləşdirir. Daha yüksək mühərrik qorunmasını təmin edir.
3.Sintetik yağlar:Sintetik komponentlərdən hazırlanır. Bu növ yağlar ən yaxşı xüsusiyyətlərə malikdirlər. Yüksək temperaturda yüksək sabitlik, aşağı temperaturda isə əla axıcılıqla mühərriki yüksək aşınmadan qoruyur.
Avtomobil yağlarına müxtəlif parametrlər əsasında yağın keyfiyyətini müəyyən edən beynəlxalq sertifikatlar təqdim olunur:
API (Amerika), ACEA (Avropa), ILSAC (beynəlxalq)
Mühərrik yağının əsas xüsusiyyətləri:
Avtomobil yağları Tək Mövsümlük və 4 Mövsümlük olur. Azərbaycanda adətən 4 Mövsümlük yağlar istehlak olunur.
Qatılılıq: Müxtəlif temperaturlarda yağın axıcılığı dəyişir. Yağın qatılılığı SAE (Society of Automotive Engineers- Avtomobil Mühəndisləri Cəmiyyəti) sisteminə uyğun olaraq təyin edilmişdir.
Birinci rəqəm yağın qatılılıq səviyyəsini, ikincisi yüksək temperatura (məs: 100-150 dərəcə) çatdıqda yağın qatılılığının dəyişmə diapazonunu göstərir.
Yağın üzərindəki “W” hərfi winter, yəni qış fəsli deməkdir. Məsələn: 5W-40 qış üçün nəzərdə tutulub deməkdir. Çünki üzərində “W” (Winter- qış) qeyd edilib .
Yay üçün nəzərdə tutulan yağların üzərində isə sadəcə rəqəm qeyd olunur. Yağların üzərindəki rəqəmlər qatılılıq səviyyəsini göstərir (25, 10 …).
Bu rəqəmlər nə qədər aşağıdırsa, cold start zamanı yağ mühərrikin hissələrini bir o qədər tez zamanda yağlayacaq və sürtünmənin qarşısı alınacaq deməkdir. Ona görə yağı seçərkən avtomobilinizə uyğun gələcək seçim edin, çünki, yağlanma milli saniyə belə gecikdiyində artıq sürtünmə baş verir deməkdir və mühərrikin erkən aşınmasına səbəb ola bilər.
SAE təyinatına görə mühərrik yağları aşağıdaki kimi təqdim olunur:
Qış (“W” hərfi ilə) – SAE 0w, 5w, 10w, 15w, 20w;
Yay – SAE 30, 40, 50;
Bütün mövsüm – SAE 0w-30, 0w-40, 5w-30, 5w-40, 5w-50, 10w-30, 10w-40.